"Trampizm" karikatura festivalı böyük maraqla qarşılandı
İyul 02, 2017 04:51 Asia/Baku
-
"Trampizm" karikatura festivalı böyük maraqla qarşılandı
Beynəlxalq "Trampizm" karikatura festivalının katibi yerli və xarici sənətkarların bu festivalı böyük maraqla qarşıladıqlarını deyərək, bu festivalın ABŞ-ın həqiqi simasını dünyaya nümayiş etdirdiyini bildirib.
İRNA-nın məlumatına görə, Beynəlxalq Trampizm Karikatura Festivalının katibi Seyid Şücayi Təbatəbayi deyib: ABŞ prezidenti Donald Tramp əslində nifrət əsasında formalaşmış bir düşüncə tərzi və simvol sayılır. Və sənətkarlar bu reallığı karikatura dili ilə bəyan və tənqid edirlər.
Şücayi Təbatəbayi Trampizm festivalının müxtəlif ölkələrdən olan sənətkarlar tərəfindən rəğbətlə qarşılandığını deyərək, əlavə edib: 75 ölkədən 1600 əsər bu festivala göndərilib.
Teqlər