İyul 02, 2017 13:38 Asia/Baku
  • Ruhani: İran regionda sülh və sabitlik ardıncadır
    Ruhani: İran regionda sülh və sabitlik ardıncadır

İran İslam Respublikası prezidenti deyib: İran regionda sülh və sabitliyin bərqərar edilməsi və düşmənlərin əlinin regiondan kəsilməsi ardıncadır.

Həsən Ruhani bazar günü Tehranda keçirilən məhkəmə hakimiyyətinin iclasında deyib: Düşmən Yaxın Şərqdə gərginlik yaratmaq, sülh və sabitliyi pozmaq niyətindədir. Bu yolla düşmən silah satmaq və regiona müdaxilə üçün bəhanə yaratmaq istəyir. 

H.Ruhani İranın siyasətini ABŞ-ın regiondakı nüfuzunu önləmək adlandırıb və deyib: İranın xarici siyasətinin məqsədi Avropa, Çin və Rusiyanı ABŞ-ın tamahkarlıqları qarşısında qərar vermək və Vaşinqtonun müdaxilə xarakterli siyasətlərini qınamaqdır. 

İran prezidenti ABŞ-ın 2231 saylı qətnamə və İranın raket potensialı ilə bağlı hazırladığı qətnamə layihəsinin Təhlükəsizlik Şurasında araşdırılmasının uğursuzluğa düçar olmasına işarə edərək, deyib: Avropa, Çin və Rusiya habelə, digər ölkələr ABŞ-ın bu layihəsi ilə müxalifət etdilər. 

İran İslam Respublikası prezidenti həmçinin, ABŞ-ın nüvə anlaşması qarşısındakı öhdəliklərinə əməl etməkdən çəkinməsinə işarə edib və deyib: İran heç vaxt ABŞ ilə anlaşmada olmayıb və nüvə anlaşmasının ABŞ tərəfindən pozulması Rusiya, Çin və Avropanın müxalifəti ilə üzləşib. 

Teqlər