Livanda 4 iranlı diplomatın oğurlanmasının 35 illiyi ilə bağlı mərasim keçirilib
Livanda 4 iranlı diplomatın oğurlanmasının 35 illiyi ilə bağlı mərasim cümə günü İranın Beyrutdakı səfirliyində keçirilib.
1982-ci il 5 iyulda sionist rejimin muzdluları terror hərəkətində, İranın dörd diplomatı, Seyid Möhsün Musəvi, Əhməd Mutəvəssilian, Kazım İxvan və Təqi Rəstgar Müqəddəmi Livan ərazisində oğurladılar.
İRNA-nın məlumatına görə, Livanda 4 iranlı diplomatın oğurlanmasının 35 illiyi ilə bağlı mərasimdə iştirakçılar beynəlxalq dairələrin bu dörd diplomatın oğurlanması məsələsi qarşısında səhlənkarlığını tənqid ediblər.
İranın Livandakı səfiri Məhəmməd Fətəli bu mərasimdə deyib: İmam Musa Sədr və İran diplomatlarının vəziyyətinin naməlum qalması beynəlxalq dairələrin bu istiqamətdə səhlənkarlıq etdiklərini göstərir.
İranın səfiri bildirib: İran İslam Respublikası bu iki məsələnin aydınlaşması istiqamətində öz səylərini davam etdirəcək.