Sepah Ərəbistan qayığını saxladı
-
Sepah Ərəbistan qayığını saxladı
İranın Daxili İşlər Nazirliyinin beynəlxalq məsələlər idarəsinin baş direktoru cümə günü İslam İnqilabı Keşikçilər Koprusu Sepahın Fars körfəzinin Farsi adasının 4 mil qərbində sərhəd təcavüzünə görə Ərəbistanın bir qayığını saxladığını bildirib.
Məcid Ağababayi deyib: Ərəbistan qayığı 4 nəfərlik hindistanlı ekipaj heyəti ilə cümə axşamı gecə Farsi adasının 4 mil qərbində sərhəd təcavüzünə görə, İslam İnqilabı Keşikçilər Korpusu Sepahın dəniz qoşunları tərəfindən saxlanılıb və qanuni proseduraların icası üçün İran Dənizçilik Komandanlığına təhvil verilib.
Ağababayi əlavə edib: Ərəbistan qayığının ekipajı saxlanılıb və onların dindirilməsi davam edir.
İranın Daxili İşlər Nazirliyinin beynəlxalq məsələlər idarəsinin baş direktoru xatırladıb: İranın hüquq-mühafizə qüvvələri İslam Respublikasının su sərhədlərinin qorunmasını özünə borc bilir və Fars körfəzi ətrafında qonşulara hörmət etməklə yanaşı İran sularına təcavüz etmək icazəsini heç kimə vermir və beynəlxalq protokollara və hüquqa əsasən təcavüzkarlara davranılacaq.
İslam İnqilabı Keşikçilər Korpusu dəniz qoşunlarının təcavüzkar Ərəbistan qayığı ilə qanuni və düzgün davranışı ilə yanaşı qeyd edək ki, son vaxtlar Ərəbistanın sahil məmurları beynəlxalq etikaya zidd hərəkətdə güclü dalğaların olması nəticəsində öz istiqamətini tərk etmiş gəminin iki iranlı balıqçısına atəş açmışdılar. Nəticədə bir iranlı balıqçı həlak olmuşdu.