İyul 08, 2017 14:26 Asia/Baku
  • İranın vitse-prezidenti İshaq Cahangiri
    İranın vitse-prezidenti İshaq Cahangiri

İranın vitse-prezidenti deyib: Bazarın genişlənməsi, xarici investisiyanın cəzb olunması və modern texnologiyanın İrana nəql olunması dünya ilə anlaşmada İran hökumətinin məqsədləri sırasına daxildir.

Bu gün XXI Milli Sənaye və Mədən Günü ilə əlaqədar keçirilən tədbirdə Müqavimət İqtisadiyyatının strategiyası bəyan olunub. Tədbirdə İranın vitse-prezidenti, sənaye, mədən və ticarət naziri və İran Radio və Televiziya Təşkilatının sədri iştirak ediblər.

Bu gün Milli Sənaye və Mədən Günüdür. Bu məkan isə Dövlət Başçılarının Sammit zalı adlanır. Böyük sənayeçilər və ölkə iqtisadiyyatı və sənayenin mühərrikini hərəkət etdirən peşəkarların toplandığı məkan.

İranın sənaye, mədən və ticarət sektoru ölkə iqtisadiyyatında böyük rola malikdir. İranın ictimai, iqtisadi və siyasi sektorları ilə tam şəkildə əlaqədədir. Bu sektor ölkə iqtisadiyyatının ən güclü mühərriklərindən biri ola bilər.

bu mərasim sənaye, mədən və ticarət nazirinin çıxışı ilə başlandı.

İranın sənaye, mədən və ticarət naziri Məhəmməd Rza Nemətzadə deyib: İslam İnqilabının Böyük Rəhbərinin dəstəyi və hökumətin tədbirli idarəçiliyi sayəsində iqtisadi stabillik, nisbi beynəlxalq şəraitin yaranması, iqtisadi inkişaf, stabil 41% investisiyadan ötən ildə 7% müsbət inkişafın şahidiyik.

İranın vitse-prezidenti İshaq Cahangiri deyib: İranın sənaye və mədən sektoru şübhəsiz böyüməsi ilə ölkə iqtisadiyyatına kömək edə biləcək sektordur. Ölkə iqtisadiyyatının çərçivəsini böyütməliyik ki, bu iqtisadiyyatda hər bir iranlının payı artmış olsun.

Cahangiri əlavə edib: İran hökuməti dünya ilə anlaşmada üç məqsədi izləyir və müəyyən mənada bu uğuru əldə etmişdir. İran Əhatəli Müştərək Təşəbbüs Proqramını icra etməklə İranofobiyanı İranla dostluğa çevirə və İranda investisiya fürsətlərini dünyaya tanıtdıra bilmişdir.

İranın Radio və Televiziya Təşkilatının sədri Əbdüləli Əli Əsgəri də sənayeçiləri ölkənin ən yaradıcı, peşəkar və bacarıqlı resursu adlandırıb: Sənayeçilər həmişə ölkədə konstruktiv və təyinedici insan resursudur. İmperializmin tamah dairəsində olan ölkəmizdə kiçik və ya orta iqtisadi müəssisənin idarə olunması doğrudan da tam anlamında bir hünərdir.

Tədbirin davamında ölkənin sənaye və mədən sektoru üzrə fərqlənənlər mükafatlandırılıb.

Mükafata layiq görülən sənayeçi Rza Zəhir deyib: 4 metr qalınlıqda boru və GRP birləşmələri istehsalı sahəsində fəaliyyət göstəririk. Dünyada üçüncü yerdəyik.

Peşəkar sahibkar Şadi Səhərxiz deyib: İstehsal etdiyimiz məhsul nabatdır. Məqsədim iqtisadi cəhətdən zəif bölgədə müəssisə yaradaraq gənclərin işləməsinə şərait yaratmaq idi

Mükafata layiq görülən başqa bir sənayeçi Dəryani deyib: Fəaliyyət dairəmiz neft-kimyadır. APS məhsullarının istehsalı.

Bu layihə yerli mütəxəssislərin təşəbbüsü, minimum valyutanın xərclənməsi, daha sürətli və heç bir dövlət yardımı olmadan istifadəyə verilib.

Valyuta və bank, birja, istehsal, paylama, məşğulluq, idxalat, ixracat, istehsalçı və istifadəçi arasında əlaqə və bir çox digər sektorlarla sənaye və mədən sektorunun geniş əlaqələri ölkədə sənaye, mədən və ticarətin tanıtdırılması istiqamətində böyük əhəmiyyət kəsb edir.

Teqlər