YUNESKO(UNESCO): Yəzd beynəlxalq səviyyədə qeydə alındı
https://azeri.sahartv.ir/news/İran-i275668-yunesko(unesco)_yəzd_beynəlxalq_səviyyədə_qeydə_alındı
İranın mərkəzində yerləşən tarixi Yəzd şəhəri YUNESKO-nun Beynəlxalq İrslər Komitəsinin 41-ci iclasında beynəlxalq səviyyədə qeydə alınıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 09, 2017 09:11 Asia/Baku
  • YUNESKO(UNESCO): Yəzd beynəlxalq səviyyədə qeydə alındı
    YUNESKO(UNESCO): Yəzd beynəlxalq səviyyədə qeydə alındı

İranın mərkəzində yerləşən tarixi Yəzd şəhəri YUNESKO-nun Beynəlxalq İrslər Komitəsinin 41-ci iclasında beynəlxalq səviyyədə qeydə alınıb.

IRIB-nin məlumatına görə, İranın ən gözəl kərpic şəhəri doqquz il müvəqqəti qeydiyyatdan sonra nəhayət YUNESKO-nun müsbət səsini əldə edə bilibdir.

YUNESKO-nun Beynəlxalq İrslər Komitəsinin yekdil səslə qəbul etməsinə görə, iclasın sədri komitənin üzvlərindən istəyibdir ki, əl çalmaqla tarixi Yəzd şəhərinin beynəlxalq irslər siyahısında qeydə alınmasını qəbul etsinlər.

Sionist rejimə qarşı iki qətnamə qəbul etmiş YUNESKO-nun bu iclasındakı bu mühüm hadisə siyasi cəhətdən də YUNESKO-da İran İslam Respublikası üçün böyük bir qələbə sayılır.

YUNESKO-nun Beynəlxalq İrslər Komitəsinin 41-ci iclası iyulun ikisindən Polşanın Krakov şəhərinin ev sahibliyilə başlanıbdır.