Dünya riyaziyyat aləm gənc istedadını itirdi
Amerikada yaşayan gənc iranlı alim və riyaziyyat elminin dünya üzrən 10 ən böyük fenomenindən biri olan xanım Mərziyə Mirzəxani dünən ömrünün 40-cı baharında həmişəlik olaraq fani dünyaya vida etdi.
İstedadlı riyaziyyatçı ömrünün 40-cı baharında gözlərini həyata yumdu. Stəndfor Universitetinin müəllimi iranlı riyaziyyatçı Məryəm Mirzəxani bir müddət idi ki, xərçəng xəstəliyindən əziyyət çəkirdi. O, dünən səhər Amerika xəstəxanalarından birində vəfat etdi. O, riyaziyyatın “Nobeli” sayılan “Fildz” mükafatına layiq görülən ilk iranlı və ilk qadın idi. İran prezidenti və İran İslam Şurası Məclisinin sədri xanım Mirzəxaninin vəfat etməsi münasibəti ilə başsağlığı veriblər.
Məryəm Mirzəxani. Fərzaneqan məktəbinin məzunu, Şərif Universitetinin tələbəsi, riyaziyyat olimpiadası üzrə İran birincisi və 31 yaşlı universitet müəllimi. O, bu gün aramızdan həmişəlik olaraq ayrıldı. 1994-cü ildə Honq Konqda və 1995-ci ildə Kanadada keçirilən dünya riyaziyyat olimpiadasının qalibi olan Məryəm Mirzəxani hələ məktəb illərində müəllimi Cəfər Nyuşanın dediyi kimi, tənlikləri şairənə formada həll edərdi.
Cəfər Nyuşa – Məryəm Mirzəxaninin müəllimi:
Bu gördüyünüz məsələni xanım Mirzəxani özünəməxsus zəriflik ilə və şairanə şəkildə həll edib.
Xanım Mirzəxani Amerika Milli Elmlər Akademiyasının elmi işçisi və dünyanın ən üstün 10 riyaziyyatçısından biri idi.
Məryəm Mirzəxani düçar olduğu xəstəlik ilə 4 il sürən mübarizənin sonunda bu gün səhər gözlərini fani dünyaya yumdu.
Riyaziyyatdan zövq almaq üçün səbirli olmaq lazımdır deyərdi. Amma, bu dəfə səbirsiz davranaraq, aramızdan çox tez ayrıldı. Yadigar olaraq geridə buraxdığı yeganə övladı isə Anahita adlı qızıdır.