Noy 22, 2025 16:19 Asia/Baku
  • ABŞ və İsrail müqaviməti tərksilah etməyə qadir olacaqmı? - TƏHLİL

Livanda müqavimətin tərksilahı ilə bağlı yaradılan media atmosferinə baxmayaraq, Hizbullah öz missiyasını davam etydirir və yenidənqurma strategiyasını keçib.

ABŞ və sionist rejimin Hizbullahı tərksilah etmək üçün geniş səyləri açıq şəkildə dalana dirənib. Bu çıxılmazlıq təkcə Livnan müqavimətinin sərt dirənişindən deyil, həm də Livnan qurumlarının 1701 saylı qətnamənin icrası ilə bağlı tərəddüdlərindən və Qərbin siyasi-maliyyə təzyiqlərindən qaynaqlanır. Tramp administrasiyası Tel-Əvivlə tam koordinasiyada sanksiyalar, hərbi hədələr və diplomatik təzyiq kimi vasitələrdən istifadə edərək, Livnanı təslim olmağa məcbur etməyə çalışır. Lakin bu strategiya daha çox müqavimətin mövqeyini gücləndirib.

Bununla əlaqədar Livnan ordusu komandanının Vaşinqtona səfərinin ləğv edilməsi, tərksilah prosesində Livnan dövləti ilə Qərb aktorları arasında yaranmış ciddi uçurumu göstərir.

Deyilənlərə görə, ordu komandanı Hizbullahı nəzarətə almaqla bağlı ABŞ tələblərini yerinə yetirmir. O hətta İsrailin yaratdığı maneələr və təxribatlara görə ordunun Litani çayının cənubundakı bütün fəaliyyətlərini dayandırmaq variantından da bəhs edib.

Vaşinqtonun əsas narazılığı komandanın ABŞ və İsrailin birbaşa tələblərinə qarşı dayanmasıdır. Bu tələblərdən biri cənubda yaşayan vətəndaşların evlərinə daxil olaraq Hizbullahın silahlarını axtarmaq və müsadirə etmək idi. Buna görə səfərin ləğvi siyasi mesaj kimi qiymətləndirilir: Vaşinqton ordudan Hizbullaha qarşı daha sərt mövqe gözləyirdi, lakin buna nail olunmayıb.

Bu arada Livnanda müqavimətin tərksilahı ilə bağlı yaradılan media atmosferinə baxmayaraq, görünür ki, Hizbullah uzunmüddətli perspektivdə sionist rejimin addımlarını cilovlamaq üçün zəruri tədbirlərlə məşğuldur.

Beləliklə, hazırda ABŞ və İsrailin müqavimətin tərksilahı ilə bağlı tələbi qeyri-müəyyən gələcəklə üz-üzədir və ehtimal var ki, Netanyahu Livnan cəbhəsində mümkün yeni məğlubiyyətdən qaçmaq üçün genişmiqyaslı müharibəyə başlasın. Lakin unutmaq olmaz ki, Hizbullah döyüşçüləri kifayət qədər çevikliyə malikdir.