Avq 10, 2017 15:08 Asia/Baku
  • İran ilə Qazaxıstan arasında mədəniyyət razılaşması imzalanıb
    İran ilə Qazaxıstan arasında mədəniyyət razılaşması imzalanıb

Tehranda İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri ilə Qazaxıstanın mədəniyyət, turizm və idman naziri arasında mədəniyyət müqaviləsi imzalanıb.

29 bənddən ibarət olan bu mədəniyyət razılaşması iki günlük müzakirələrdən sonra bu gün İranın İslami Mədəniyyət və Əlaqələr Təşkilatının sədri Abuzər Ebrahimi Torkəman ilə Qazaxıstanın mədəniyyət, turizm və idman naziri Aristanbek Muxameduli tərəfindən imzalanıb.

Bu müqavilənin imzalanması ilə iki ölkə arasında mədəni şəxsiyyətlər və əlyazmalar mübadilə olunacaq, mədəniyyət həftələri, fotoqalereya və sərgilər keçiriləcək, həmçinin kino, teatr və musiqi sahələrində həmkarlıqlar həyata keçiriləcəkdir.

İranın islami mədəniyyət və irşad naziri Reza Salehi Əmiri bundan öncə belə demişdi ki, İranın Qazaxıstan xüsusiyyət təşkil etməklə Mərkəzi Asiya və Qafqaz ölkələrilə mədəniyyət əməkdaşlıqları ön planda durur.

Teqlər