İran Gürcüstana yardım göndərdi
-
İran Gürcüstana yardım göndərdi
İran İslam Respublikası yanğınsöndürmə işçilərindən ibarət 15 nəfərlik qrup iki ədəd yanğınsöndürən vertolyot ilə Gürcüstan meşələrində yanğının söndürülməsi əməliyyatına qatıldı.
İRNA-nın verdiyi məlumata görə, Gürcüstanın Fövqəladə Hallar Qərargahı bildirib: İİR-nın yanğınsöndürən qrupu paytaxt Tiflisin 220 kilometrliyində Abastumanı bölgəsinə göndərilib və ərazidə meşə yanğınını söndürmə əməliyyatına qatılıb.
Gürcüstanın Abastumanı meşələrində yanğın cümə axşamı başladı və Türkiyə, Ukrayna və Azərbaycan Respublikasından da yanğınsöndürən qruplar meşədə baş verən yanğının söndürülməsi əməliyyatına qoşuldular.
Hal-hazırda Abastumanı meşələrində yanğının söndürülməsi əməliyyatına mindən çox yanğınsöndürən cəlb olunub.
Tiflisin qərbindən 160 km məsafədə yerləşən Borjumi bölgəsindəki meşəlik ərazilərdə də ötən həftə yanğın baş verdi və Gürcüstan dövləti Azərbaycan, Türkiyə və Ermənistanın yardımı ilə bu yanğını nəzarətə ala bildi.
Borjumi bölgəsində meşə yanğını bir neçə gün davam etdi və 100 hektar meşə ərazisinin məhv olması ilə nəticələndi.