Məkkədə iranlı ruhaniyə hücum edilib
-
Məkkədə iranlı ruhaniyə hücum edilib
Dünən axşam naməlum şəxslər Məkkədə iranlı hacılar karvanının ruhanilərindən birinə hücum edərək onu yaralayıb.
İSNA-nın verdiyi məlumata görə, bu hücumda höccətül-islam vəl-müslimin Hüseyn İsmaili çiyin və böyur nahiyyəsindən xəsarət alıb və İranın və Səudiyyə Ərəbistanının tibbi yardım qüvvələri vasitəsi ilə xəstəxanaya köçürülüb və müalicə edilib. İranlı ruhaninin səhəti qənaətbəxş elan edilib.
İslam inqilabının böyük rəhbərinin Məkkədəki besəsinin rəsmiləri hadisədən sonra lazımı tədbirləri görüblər və Səudiyyə polisi iranlı ruhaniyə hücum edənlər barədə axtarış əməliyyatına başlayıb.
İndiyədək bu hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb. Təhqiqatlar davam edir.
Səudiyyə Ərəbistanı İran İslam Respublikası ilə imzaladığı razılaşmaya əsasən həcc mərasimində iştirak edən iranlı hacıların tam təhlükəsizliyinin təmini üçün öz üzərinə öhdəlik götürüb.