Okt 06, 2017 14:04 Asia/Baku
  • Tehranda 10-cu Nanotexnologiya sərgisinin açılışı

10-cu Nanotexnologiya Festivalı və Sərgisi Tehran valisi Mohəmməd Hoseynn Moqimi və İranın Nanotexnologiya İnkişafı Mərkəzinin sədri Səid Sərkarın iştirakı ilə Tehranda beynəlxalq sərgilərin keçirildiyi daimi məkanda açılıb.

IRIB xəbər agentliyinin məlumatına görə, İranın nanotexnologiya şirkətləri və sənaye müəssisələri arasında bir neçə texnologiya köçürmə müqaviləsinin imzalanması, İrandan Çinə texnologiya köçürülməsi məsələsinin müzakirə edilməsi məqsədilə Çindən gəlmiş işgüzar nümayəndə heyətinin bu sərgidə iştirakı, iranlı və çinli tədqiqatçıların birgə yığıncağı, bütün İrandan nanotexnologiya üzrə məktəbli festivalının qalib layihələrinin təqdimatı, 10-cu Nanotexnologiya Festivalı və Sərgisinin proqramlarındandır.

Tehranda keçirilən 10-cu Nanotexnologiya Festivalı və Sərgisi oktyabrın 9-dək fəaliyyət göstərəcək.

Teqlər