Okt 07, 2017 14:53 Asia/Baku
  • İran-Gürcüstan birgə iqtisadi komissiyasının 6-cı iclası keçiriləcək
    İran-Gürcüstan birgə iqtisadi komissiyasının 6-cı iclası keçiriləcək

İran İslam Respublikası və Gürcüstanın birgə iqtisadi komissiyasının altıncı iclası 9 oktyabrda iki gün müddətinə Tiflisdə keçiriləcək.

İRİB-in Bakıdakı nümayəndəliyinin verdiyi məlumata görə, İran İslam Respublikasının Gürcüstandakı səfiri Qəvam Şəhidi bu xəbəri bildirərək deyib: Bu komissiyada İran heyətinə kooperasiya, əmək və ictimai rifah naziri Əli Rəbii və Gürcüstan heyətinə isə iqtisad və davamlı inkişaf naziri Georgi Qaxarya başçılıq edəcək.

Səfir əlavə edib: İndiyə qədər İran və Gürcüstan arasında birgə iqtisadi komissiyanın beş iclası keçirilib və iki ölkənin fəaliyyətləri sahəsi tədrici şəkildə müəyyənləşib. 6-cı iclasda da dörd qrup çərçivəsində, nəqliyyat və infrastruktur, ticarət və kənd təsərrüfatının inkişafı və investisiya, neft, qaz və elektrik enerjisi, həmçinin mədəni, ictimai və səhiyyə qrupu, iki ölkənin öncəki razılaşmalarının inkişaf səviyyəsini qiymətləndirməkdən əlavə, iki ölkənin iqtisadi məqsədlərinin gerçəkləşməsi və münasibətlərin inkişaf etdirilməsində sıçrayış üçün lazımi həll yolları və yeni proqramları araşdıracaq və iki ölkə arasında anlaşma memorandumu imzalanacaq.

İranın Gürcüstandakı səfiri deyib: Birgə komissiyanın iki günlük iclasında enerji, kənd təsərrüfatı, nəqliyyat, rabitə və informasiya texnologiyaları, bank əməkdaşlıqları, ticarət, gömrük, təhsil, elm və mədəniyyət, idman, turizm, səhiyyə və ətraf mühit əməkdaşlıqları ilə əlaqədar mövzular araşdırılacaq və birgə proqramlar üzərində razılaşma olacaq.

Səfir bildirib: 5-ci komissiyanın iclasından iki il ötür. Bəzi anlaşmaların icra mərhələsinə çatdığı və bəzilərinin də iki ölkənin ciddi diqqət ayırmasına ehtiyacın duyulduğu müşahidə olunur.

Qəvam Şəhidi deyib: Dövlət sektorunda qeyd olunan iclasın keçirilməsi ilə yanaşı, İranın Ticarət, Sənaye, Kənd Təsərrüfatı və Mədən Palatasından ibarət İran və Gürcüstanın birgə ticarət palatasının 35 nəfərlik ticarət heyəti Gürcüstan Ticarət və Sənaye Palatası tərəfindən istiqamətləndirilən Gürcüstan özəl sektorunun heyəti ilə münasib fürsətlərdən istifadənin olunması, bir-birləri ilə münasib ticarət və investisiya şəriki tapmaq məqsədilə birgə proqramları müzakirə edəcək.

O sonda ümid edib ki, kənd təsərrüfatı, sənaye, investisiya, texnologiya sahələrində iki ölkənin yüksək potensialını, eləcə də iki ölkənin müsbət əlaqələrini nəzərə alaraq, hələ də istifadəyə verilməyən önəmli hissənin potensiallarından maksimum faydalanmaq üçün sərhədi olmayan iki qonşunun münasibətlərinin hərtərəfli inkişafının şahidi ola bilərik.

Teqlər