Okt 10, 2017 20:49 Asia/Baku
  • İran və Gürcüstan arasında iqtisadi həmkarlıq anlaşması imzalanıb
    İran və Gürcüstan arasında iqtisadi həmkarlıq anlaşması imzalanıb

İranın kooperasiya, əmək və sosial rifah naziri və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri iki ölkənin birgə iqtisadi komissiyasının Tiflisdə keçirilən altıncı iclasında iqtisadi həmkarlıq üzrə memorandum imzalayıblar.

İranın kooperasiya, əmək və sosial rifah naziri Əli Rəbii və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya tərəfindən imzalanmış on altı maddədən ibarət bu memorandum iki ölkənin neft, qaz, neft-kimya, energetika, ticarət, investisiya, nəqliyyat, rabitə, texnologiya, turizm, kənd təsərrüfatı, əmək, səhiyyə, standart, meriya, təhsil və mədəniyyət sahələrində əməkdaşlıqlarına şamil olur.

Teqlər