İran bəyanat verdi; Trampın sözlərinə cavab olaraq
-
İran bəyanat verdi
İran İslam Respublikası cümə günü axşam ABŞ prezidenti Donald Trampın çıxışına və İran İslam Respublikası və nüvə anlaşması ilə bağlı elan etdiyi yeni strategiyaya cavab olaraq bir bəyanat verib.
İran İslam Respublikası ABŞ prezidenti Donald Trampın İran və nüvə anlaşması ilə bağlı çıxışına reaksiya olaraq bir bəyanat yayaraq, İran və 5+1 qrupu arasında əldə edilmiş nüvə anlaşmasını bir beynəlxalq sənəd və müasir dövrün misilsiz diplomatik uğuru adlandırıb və bu sənədin yenidən müzakirəyə və ya düzəlişə açıq olmadığını bildirib.
Bu bəyanatda deyilir: Nüvə anlaşması tərəflərdən birinin kənara çəkilməsi ilə qüvvədən düşəcək ikitərəfli bir anlaşma deyil. Nüvə anlaşması BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsi tərəfindən təsdiq edilmiş bir beynəlxalq sənəddir. Buna görə də, digər tərəflər və beynəlxalq ictimaiyyət ABŞ prezidentinin bu sənədi dəyərdən salmasına icazə verməməlidirlər.
İran İslam Respublikası bu bəyanatda bildirib: İran nüvə anlaşmasından çıxmaqda başlayan tərəf olmayacaq. Lakin, nüvə anlaşmasında İranın haqq və hüquqları təmin edilməzsə, bütün öhdəliklərinə son qoyacaq və heç bir məhdudiyyət olmadan öz sülhsevər nüvə fəaliyyətlərini davam etdirəcək.
ABŞ prezidenti bir daha İranı nüvə anlaşmasının "ruhu"na zidd rəftar etməkdə ittiham edərək, deyib: Nüvə anlaşması Amerika tarixində ən pis anlaşmadır və lazım gördüyü istənilən anda bu anlaşmaya son qoyacaq.
Tramp həmçinin, İrana qarşı yeni sanksiyalardan xəbər verib.