General Hacızadə: Düşmənlər İrana qarşı hərəkət qüdrətinə malik deyillər
Okt 16, 2017 18:10 Asia/Baku
-
General-mayor pasdar Əmir Əli Hacızadə
Sepah-ın hava-kosmos qüvvələrinin komandanı deyib: Amerika prezidenti sionist lobbilərin hökmranlığı altında və uğursuz qalmış strategiyasına əsasən, İrandan və dünyanın digər xalqlarından imtiyaz almaq ardıncadır.
General-mayor pasdar Əmir Əli Hacızadə bu gün Qum şəhərində keçirilən Qum vilayətinin tələbə şəhidlərinə həsr olunmuş konfransda əlavə edib: Donald Tramp Amerikanın strateji siyasətlərinə əsasən seçilibdir və sionistlər bütün amerikalı siyasətçiləri öz hökmranlıqları altına alıblar.
Sepah-ın hava-kosmos qüvvələrinin komandanı söyləyib: Amerikanın dünyanın azadlıqsevər xalqları ilə düşmənçiliyi məsələsi dəyişə bilinməyən strateji bir məsələdir.
Teqlər