Ruhani: Ayətullah Mustafa Xomeyni böyük inqilabçı, elmi və dini şəxsiyyət idi
İran İslam Respublikası prezidenti mərhum Ayətullah Hacı Seyid Mustafa Xomeyninin böyük dini, elmi və inqilabçı şəxsiyyət, İran İslam Respublikasının banısı Həzrət İmam Xomeyninin(r.ə) etimadlı müşaviri və islami hərəkatın qələbə çalması yolunda bütün inqilabçıların ümidi olduğunu bildirib.
İİR prezidenti Həsən Ruhani bu gün səhər Ayətullah Seyid Mustafa Xomeyninin şəhadətinin ildönümü günü mərasimində etdiyi çıxışında onun şəxsiyyətinin müxtəlif cəhətlərdən araşdırılmalı olduğunu bildirərək deyib: 1977-ci il 23 oktyabrda Ayətullah seyid Mustafa Xomeyninin şəhadəti xəbəri İran cəmiyyətini titrətdi və xalqın iradəsi və həyəcanına səbəb oldu.
İran İslam Respublikası prezidenti hegemonçuların hələdə mövcud olduğunu və düşmənlərin məkirli planlarının hələ də davam etdiyini xatırladaraq deyib: Bu gün İran və islam yüksək mövqedədir və heçvaxt hegemonçular regionda bu günkü qədər zəlil olmamışlar.
Ruhani bəzi əcnəbi rəsmilərin İranın müdafiə silahları barədə bəyanatlarına toxunaraq deyib: İranın silahları, bütün ölkələrin silahları kimidir və İranın hərbi gücü lazım gəldiyi an ölkəni müdafiə edəcək qədər təhdidlər qarşısında önləyici olmalıdır.
İİR prezidenti düşmənin İran xalqına qarşı zalım sanksiyalarına toxunub və deyib: Sanksiya İran xalqına qarşı zülm, səhv hərəkət və ağılsızlıq olub. amma bütün İran xalqı problemlər və sanksiyalar qarşısında müqavimət göstərdi.
Ruhani həmçinin İranın böyük güclərlə nüvə mövzusunda müzakirələri barədə deyib: İran nüvə mövzusunda öz hüquqlarını geri almaq, düşmənlərin böhtanlarının yersiz olmasını isbatlamaq və sanksiyaları ləğv etdirmək kimi özünün əsas önəmli məqdəslərinə nail oldu və düşmənlər buna görə narahatdırlar.