Okt 23, 2017 21:44 Asia/Baku
  • Həmədanda D8 qrupunun universiteti təsis ediləcək
    Həmədanda D8 qrupunun universiteti təsis ediləcək

İranın elmlər nazirinin beynəlxalq məsələlər üzrə müavini deyib: Həmədan şəhərində D8 qrupuna üzv ölkələrin universiteti təsis ediləcək.

İRNA-nın verdiyi məlumata görə, Hüseyn Salar Amüli deyib: İstanbulda keçirilən D8 qrupuna üzv ölkələrin sammit iclasında Həmədan şəhərində bir universitetin yaradılmasına təkid edildi. 

Nazir müavini D8 qrupunun İranın Həmədanda universitet təsis etmək qərarından razı qaldığını bildirərək deyib: İstanbul sammitinini yekun bəyanatında İrandan bu universitetin fəaliyyət metodunu müəyyənləşdirməsi istənildi. 

İnkişaf etməkdə olan müsəlman ölkələrdən ibarət D8 qrupunun 9-cu sammit iclası ötən cümə günü İstanbul şəhərində keçirildi. 

İran, Türkiyə, Pakistan, Banqladeş, İndoneziya, Malayziya, Misir və Nigeriya D8 qrupunun üzvlərini təşkil edir. Bu qrup 1997-ci ildə üzv ölkələr arasında iqtisadi əməkdaşlıqların genişləndirilməsi məqsədi ilə yaradılıb.

Teqlər