Okt 26, 2017 17:06 Asia/Baku
  • Sepah bir terrorçu dəstəni məhv etdi
    Sepah bir terrorçu dəstəni məhv etdi

İran İslam İnqilabı Keşikçilər Korpusu Sepah-ın Həmzə Seyyidəşşühəda(ə) qərargahının ictimai əlaqələr şöbəsi bir bildiriş yayaraq, ölkənin şimal-qərbində, Çaldıran məntəqəsində bir terrorçu qrupun məhv edilməsindən xəbər verib.

Sepah Nyus bildirib ki, Həmzə Seyyidəşşühəda(ə) qərargahı cümə axşamı elan edib ki, çərşənbə günü axşam bir terrorçu qruplaşmanın Qərbi Azərbaycan ostanında Çaldıran məntəqəsinə nüfuz etməsi və 2 yerli sakini şəhid etməsi ilə bağlı məlumatın daxil olmasının ardınca Həmzə Seyyidəşşühəda(ə) qərargahının əməliyyat qrupu terrorçuları təqib edərək, onlarla toqquşub. 

Bu məlumata görə, baş verən toqquşmada terrorçu dəstə tam formada məhv edilib. Dörd nəfərdən ibarət dəstənin məhv edilməsindən sonra onların üzərindən silah, rabitə cihazları və hərbi sursat aşkar edilib. 

Bildirişdə həmçinin deyilir: Həmzə Seyyidəşşühəda(ə) qərargahı digər təhlükəsizlik, kəşfiyyat, ordu və hüquq mühafizə orqanları ilə birlikdə əks inqilabçılara və İran xalqının düşmənlərinə bağlı ünsürlərə təxribat törətmək və gərginlik  yaratmaq icazəsi verməyəcək və bütün diversiya hərəkətlərinin önlənilməsi üçün tam hazırlığa malikdir. 

Teqlər