Ruhani: İranın müdafiə qabiliyyəti kursu heç bir beynəlxalq qanunla təzadda deyil
https://azeri.sahartv.ir/news/İran-i285863-ruhani_İranın_müdafiə_qabiliyyəti_kursu_heç_bir_beynəlxalq_qanunla_təzadda_deyil
İran İslam Respublikasının prezidenti bildirib ki, İran özünü müdafiə üçün ehtiyac duyduğu silahın istehsalında tərəddüd etməyəcək. O, deyib: İranın müdafiə qabiliyyəti kursu güclüdür və heç bir beynəlxalq qanunla təzadda deyil.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 11:33 Asia/Baku
  • Ruhani: İranın müdafiə qabiliyyəti kursu heç bir beynəlxalq qanunla təzadda deyil

İran İslam Respublikasının prezidenti bildirib ki, İran özünü müdafiə üçün ehtiyac duyduğu silahın istehsalında tərəddüd etməyəcək. O, deyib: İranın müdafiə qabiliyyəti kursu güclüdür və heç bir beynəlxalq qanunla təzadda deyil.

Həsən Ruhani bu gün səhər İran İslam Şurası Məclisində təklif olunmuş nazirlərə səsvermə iclasında deyib: İran İslam Respublikası öz xalqının maraqları və təhlükəsizliyini müdafiə etmək üçün raket qabiliyyətini artırmağı davam etdirəcək.

Ruhani həmçinin ABŞ-ın nüvə anlaşması qarşısındakı sabotajı və sədaqətsizliyinə işarə edərək, vurğulayıb: Amerika bu rəftarla dünyaya etimadedilməz bir dövlət olduğunu göstərdi.

İran İslam Respublikasının prezidenti Amerikanın terror qruplarına dəstək verməsinə də toxunub. Bildirib ki, Amerika region ölkələrinin, o sıradan İraq, Suriya və Əfqanıstanın səbatsızlığı amilidir.