Okt 31, 2017 16:48 Asia/Baku
  • Buşehr AES-in 2-ci reaktorunun inşa əməliyyatı başlanıb
    Buşehr AES-in 2-ci reaktorunun inşa əməliyyatı başlanıb

Buşehr Atom Elektrik Stansiyasının ikinci bloku reaktorunun inşa məkanının qazma əməliyyatı İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi və RusAtom şirkətinin sədri Aleksey Lixaçovun iştirakı ilə başlanıb.

İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi bu gün bu mərasimdə deyib: Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü blokunun inşa əməliyyatı 2016-cı il sentyabrın onunda başlanıb və hazırda stansiyasının ikinci blokunun inşa məkanında qazma işlərindən sonra onun reaktorunun inşa ediləcəyi məkanın qazma zamanı gəlib çatıbdır.

Salehi əlavə edib: Bu gün RusAtom şirkətinin sədri Aleksey Lixaçovun iştirakı ilə Buşehr Atom Elektrik Stansiyasının ikinci və üçüncü blokunun inşası üzrə iş prosesi daha artıq təfərrüatla araşdırılacaq.

Salehi söyləyib: Bu blokların hər biri 1057 meqavat elektrik enerjisi istehsal edəcək.

RusAtom şirkətinin sədri Aleksey Lixaçov da Buşehr Atom Elektrik Stansiyasının yeni bloklarının qazma mərasimində deyib: İran və Rusiyanın xüsusən Buşehr Atom Elektrik Stansiyasının icra prosesində həmkarlığı inkişaf edir və ümidvericidir.

 

 

Teqlər