Ruhani: Tehran, Moskva, Bakı əməkdaşlığı regional əməkdaşlığın inkişafı çərçivəsindədir
İran İslam Respublikası prezidenti dünya, xüsusilə qonşularla geniş əlaqələrin İranın strateji siyasətini təşkil etdiyini bildirərək deyib: İran, Rusiya və Azərbaycan Respublikası arasında üçtərəfli əməkdaşlıq regional sabitlik və əməkdaşlıq çərçivəsindədir.
İran İslam Respublikası prezidenti Həsən Ruhani dünən gecə Tehranda keçirilən İran, Rusiya və Azərbaycan Respublikası prezidentlərinin üçtərəfli iclasında əməkdaşlıqlardan uduş-uduş baxışı əsasında istifadə edilməsinə toxunaraq deyib: Tehran Moskva və Bakı ilə əlaqələrin gücləndirilməsinə gətirib çıxaracaq hərhansı ideya və mexanizmi müsbət qarşılayır.
Ruhani deyib: Tehrana görə, İran, Rusiya, Azərbaycan arasında üçtərəfli əlaqələr, üç ölkə arasında mövcud potensialların siyasi, təhlükəsizlik, mədəni və iqtisadi sahələrdə gücləndirilməsi və inkişaf etdirilməsinə gətirib çıxarmaqdan əlavə, inteqrasiyaya səbəb olaraq regiondakı problemlərlə qarşılaşmaqda yeni fürsətlər yaradacaq.
İİR prezidenti İran, Rusiya və Azərbaycan arasında əlaqələrin son illərdə daha da yaxşılaşdığını bildirərək deyib: Xəzər dənizi üç ölkə əməkdaşlıqlarının sürətləndirilməsi məkanı və üç xalqın inteqrasiyası və mənafelərinin təmini hövzəsidir.
Ruhani təhdidlərin mürəkkəbləşməsi və sərhəddən kənar mənşəyə malik olmasının dövlətlərin əməkdaşlığını tələb etdiyini bildirərək deyib: Qarşılıqlı əməkdaşlıqla və qarşılıqlı mənafeyin əhəmiyyətini dərk etməklə, terrorizm, ifratçılıq, regiondan kənar güclərin ölkələrin daxili işlərinə müdaxilələri və onların öz qeyri-qanuni məqsədləri istiqamətində sanksiya vasitəsindən istifadə etmələri kimi bir çox təhdidlərə qalib gəlmək olar.
İran İslam Respublikası prezidenti həmçinin Suriya böhranının siyasi həllinə və İraqın ərazi bütövlüyü və vəhdətinin mühafizə edilməsinə təkid edib.