30 min xarici zəvvar Şələmçə sərhədindən İraqa yola düşüb
https://azeri.sahartv.ir/news/İran-i286079-30_min_xarici_zəvvar_Şələmçə_sərhədindən_İraqa_yola_düşüb
İranın cənub-qərbində yerləşən Şələmçə sərhəd məntəqəsinin direktoru İraqdakı İslam müqəddəslərinin ziyarətinə səfər üçün oktyabrın 21-dən bəri otuz min xarici zəvvarın beynəlxalq Şələmçə sərhədindən keçməsindən xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 03, 2017 13:41 Asia/Baku
  • 30 min xarici zəvvar Şələmçə sərhədindən İraqa yola düşüb
    30 min xarici zəvvar Şələmçə sərhədindən İraqa yola düşüb

İranın cənub-qərbində yerləşən Şələmçə sərhəd məntəqəsinin direktoru İraqdakı İslam müqəddəslərinin ziyarətinə səfər üçün oktyabrın 21-dən bəri otuz min xarici zəvvarın beynəlxalq Şələmçə sərhədindən keçməsindən xəbər verib.

Camal Həmidi bu gün deyib: Xarici zəvvarların əksər hissəsi Rusiya, Livan və Pakistandandır.

Şələmçə sərhəd məntəqəsinin direktoru əlavə edib: Xarici vətəndaşlar üçün 16, İran vətəndaşları üçün isə 40 qapı nəzərdə tutulubdur ki, Hüseyn(ə) ərbəini zəvvarlarının bu terminaldan keçidi asanlıqla həyata keçmiş olsun.

Şələmçə sərhədi Hüseyn(ə) ərbəini zəvvarlarının gediş-gəlişi üzrə əsas giriş nöqtələrindən biridir.