İran və Gürcüstan arasında tarixi və mədəni ortaqlıqlar vurğulanıb
-
İran və Gürcüstan arasında tarixi və mədəni ortaqlıqlar vurğulanıb
İran İslam Respublikasının Gürcüstandakı səfirliyinin mədəniyyət ateşşesi deyib: İran və Gürcüstan arasında tarixi və mədəni ortaqlıqlar və bu ortaqlıqların öyrənilməsi iki tərəfli əlaqələrin genişlənməsinə səbəb ola bilər.
Müctaba Kamranfərd Gürcüstanın İMEDİ telekanalına İran və Gürcüstan əlaqələrinin tarixinə təsir edən şəxsiyyətlər mövzusunda verdiyi müsahibədə deyib: İran və Gürcüstan arasında mədəni əlaqələrin keçmişi, mövcud potensiallardan istifadə, mədəni ortaqlıqlara diqqət və təsirli şəxsiyyətlərin rolu, iki ölkə əlaqələrinin müxtəlif sahələrdə güclənməsinə öz töhfəsini verə bilər.
İranın Gürcüstandakı səfirliyinin mədəniyyət ateşşesi Gürcüstandan İrana mediya mənsublarının göndərilməsi və bütün sahələrdə daha geniş əməkdaşlıqlara zəmin yaradılmasını xüsusi vurğulayaraq deyib: Gürcüstanın mediya potensialından faydalanmaqla mədəni münasibətlər inkişaf etdirilə bilər.
Kamranfərd deyib: İran və Gürcüstan arasında əməkdaşlıqların perspektivi keçmişin və əlaqələr tarixinin öyrənilməsini tələb edir və iki ölkə əməkdaşlıqlarına zəmin yaradılmalıdır.