Xoşru: Dünya ABŞ-ın Əfqanıstana hücum etməsindən sonra özünü təhlükəsiz hiss etmir
https://azeri.sahartv.ir/news/İran-i286947-xoşru_dünya_abŞ_ın_Əfqanıstana_hücum_etməsindən_sonra_özünü_təhlükəsiz_hiss_etmir
İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ-ın Əfqanıstana hücum etməsindən sonra dünyanın özünü təhlükəsiz hiss etmədiyini deyərək, terrorizm ilə mübarizədə dünya ictimaiyyətinin Əfqanıstana kömək etməsini istəyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2017 06:07 Asia/Baku
  • Xoşru: Dünya ABŞ-ın Əfqanıstana hücum  etməsindən sonra özünü təhlükəsiz hiss etmir

İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi ABŞ-ın Əfqanıstana hücum etməsindən sonra dünyanın özünü təhlükəsiz hiss etmədiyini deyərək, terrorizm ilə mübarizədə dünya ictimaiyyətinin Əfqanıstana kömək etməsini istəyib.

İRNA-nın məlumatına görə, Qulaməli Xoşru bazar ertəsi günü BMT Baş Assambleyasının Əfqanıstanla bağlı iclasında ötən aylar ərzində Əfqanıstanda terror hücumlarının artmasına işarə edərək, bunu, ABŞ-ın Əfqanıstana hücum etməsindən sonra başlanan tendensiyanın davamı adlandırıb. 

ABŞ və müttəfiqləri 2001-ci ildə terrorizm ilə mübarizə aparmaq və təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Əfqanıstana hücum və bu ölkəni işğal etdilər. O zamandan bəri Əfqanıstanda terrorizm və narkotik maddələrin istehsalı daha da artıb. 

İranın BMT-dəki daimi nümayəndəsi İran İslam Respublikasının Əfqanıstanı himayə etdyini vurğulayıb və deyib: İran 30 ildir ki, milyonlarla əfqan mühacirə ev sahibliyi edir. 

BMT-nin didərginlər üzrə ali komissarlığının 2017-ci ilin iyul ayına olan hesabatına əsasən, İranda təqribən 1 milyon əfqan mühacir qanuni qeydiyyatdan keçib. 

Qeyri-qanuni olaraq isə İranda təqribən 2 milyon Əfqan mühacirin yaşadığı bildirilir. Bu insanlar onların şəxsiyyətini təsdiq edəcək hansısa rəsmi sənədə malik deyillər. Buna baxmayaraq, İslam İnqilabının Böyük Rəhbərinin təkidlərinə əsasən İranda qanuni və ya qeyri-qanuni yaşamasından asılı olmayaraq, bütün əfqan mühacirlər pulsuz təhsil almaq imkanına malikdirlər.