Sepər raket gəmisi İran ordusu Hərbi Dəniz Qüvvələrinə qoşulacaq
https://azeri.sahartv.ir/news/İran-i287249-sepər_raket_gəmisi_İran_ordusu_hərbi_dəniz_qüvvələrinə_qoşulacaq
İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələri komandanı deyib: Yaxın günlərdə Sepər raket gəmisi İran ordusu Hərbi Dəniz Qüvvələrinə qoşulacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 24, 2017 08:12 Asia/Baku
  • Hərbi Dəniz Qüvvələri komandanı admiral Hüseyn Xanzadi
    Hərbi Dəniz Qüvvələri komandanı admiral Hüseyn Xanzadi

İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələri komandanı deyib: Yaxın günlərdə Sepər raket gəmisi İran ordusu Hərbi Dəniz Qüvvələrinə qoşulacaq.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələri komandanı admiral Hüseyn Xanzadi İranın şimalnda Qorqanda deyib: Xəzər dənizi sülh və dostluq dənizidir və dənizin ətrafında yerləşən beş ölkə kollektiv təhlükəsizliyi bərpa etmək ardıncadırlar. 

İran İslam Respublikası Ordusu Hərbi Dəniz Qüvvələri komandanı əlavə edib: İran İslam Respublikasının hakimiyyətində olan dəniz bölgələrində təhlükəsizliyin bərpa olunması Hərbi Dəniz Qüvvələrinin ən önəmli proqramıdır. 

Admiral Xanzadi həmçinin region ölkələrinin əməkdaşlığı ilə qonşu dənizlər və beynəlxalq sularda təhlükəsizliyin bərpa olunması, İran iqtisadiyyatında əhəmiyyətli olan dəniz bitişik xətlərinin təhlükəsizliyinin təmin olunmasını Hərbi Dəniz Qüvvələrinin prioritetlərindən adlandırıb. 

 

H.Xanzadi qeyd edib ki, İran gəmiləri Cənubi Amerikanın bir neçə ölkəsinə səfər edəcək, daha sonra isə “Meksika körfəzində İran bayrağını qaldıracaqlar”.