Zərif İtaliyaya və Azərbaycan R-na səfər edəcək
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin cümə axşamı və cümə günləri İtaliyaya və Azərbaycan Respublikasına səfər etməsindən xəbər verib.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasemi deyib: Zərif sabah İtaliyanın xarici işlər naziri Ancelino Alfanonun rəsmi dəvətilə Aralıq Dənizi dialoqları üzrə üçüncü beynəlxalq konfransda iştirak etmək üçün Romaya gedəcək.
Qasemi əlavə edib: Aralıq Dənizi dialoqları üzrə üçüncü beynəlxalq konfransın əsas mehvərləri müştərək təhlükəsizlik, birgə səadət, mühacirət, mədəniyyət və vətəndaş cəmiyyətidir və İranın xarici işlər naziri onun əsas natiqlərindən olacaqdır.
O, bildirib ki, İranın xarici işlər naziri cümə günü isə Bakıya səfər edərək, "Asiyanın ürəyi" konfransında iştirak edəcək. O, əlavə edib: Bu konfransda Əfqanıstan məsələsi və rifah və sülhün gücləndirilməsi məqsədilə regional həmkarlığın artırılması tərzi nəzərdən keçiriləcək.
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü söyləyib: Bu konfransda həmçinin hər il iştirakçı ölkələrdən birində Əfqanıstanın regional şərikləri, qonşuları və müştərək maraqları və regional problemlər araşdırılacaq.
Qasemi sonra belə qeyd edib: "Asiyanın ürəyi" konfransı 14 iştirakçı ölkə, 17 himayədar ölkə, həmçinin 12 regional və beynəlxalq təşkilata şamil olur ki, nazirlərin iclasında Məhəmməd Cavad Zərifi də iştirak edəcəkdir.