İran prezidenti Türkiyəyə gedir
Dek 10, 2017 21:32 Asia/Baku
İran İslam Respublikası prezidentinin ofis müdirinin informasiya üzrə müavini İran prezidentinin İslami Əməkdaşlıq Təşkilatının Qüds barədə keçiriləcək fövqəladə sammit iclasında iştirak etmək üçün Türkiyəyə səfər edəcəyindən xəbər verib.
Pərviz İsmaili bu gün deyib: İran İslam Respublikası prezidenti Həsən Ruhani İslami Əməkdaşlıq Təşkilatının Qüds barədə keçiriləcək fövqəladə sammit iclasında iştirak və bu iclasda çıxış etmək üçün 12 dekabrda Türkiyəyə səfər edəcək.
İsmaili deyib: İslami Əməkdaşlıq Təşkilatının Qüds barədə fövqəladə sammit iclası çərşənbə günü İstanbulda keçiriləcək.