Cahangiri: Məşhəd-Zahidan dəmiryolu, şərq-qərb ticarət yolunun inkişafına öz töhfəsini verə bilər
İran İslam Respublikası prezidentinin birinci müavini deyib: Məşhəd-Zahidan dəmiryolunun Çabahar limanına qovuşması Şərq-qərb ticarət marşrutunun inkişafında əsas rol oynaya bilər.
İshaq Cahangiri bu gün Rəzəvi Xorasanı ostanında Məşhəd-Zahidan dəmiryolunun ilk hissəsinin inşa əməliyyatının başlanğıcı mərasimində etdiyi çıxışında bu layihənin ən əsas regional layihələrdən biri olduğunu bildirərək deyib: Məşhəd-Zahidan dəmiryolu Çabahar limanına qovuşduqda şərq-qərb istiqamətində və çin ilə Hindistan yaxud Əfqanıstan və Orta Asiya ilə ticarətdə maraqlı olan ölkələr üçün əsas ticarət marşrutuna çevrilə bilər.
Məşhəd-Zahidan dəmiryolunun ilk hissəsi 40 km-dən ibarətdir və Sistan və Bəluçestan, Cənubi Xorasan və Rəzəvi Xorasanı ostanlarını biri-birinə qovuşdurur.
İran İslam Respublikası prezidentinin birinci müavini bu gün həmçinin Rəzəvi Xorasanında digər sənaye və emal layihələrinin istifadəyə verilməsi mərasimlərində də iştirak edib.