Yan 01, 2018 21:31 Asia/Baku
  • Cahangiri: Korrupsionerlərə İran dövlətində yer yoxdur
    Cahangiri: Korrupsionerlərə İran dövlətində yer yoxdur

İran İslam Respublikasının birinci vitse-prezidenti bu gün İranın müqavimət iqtisadiyyatı qərargahının iclasında deyib ki, korrupsionerlərə İran dövlətində yer yoxdur.

Eshaq Cahangiri bu iclasda İranın məhkəmə hakimiyyətindən istəyibdir ki, keçmişdəki kimi hətta əmtəə mal qaçaqmalçılığında dolayısı ilə rol oynayan hər bir məsul şəxs və korrupsionerlə ciddi şəkildə rəftar etsin.

İran İslam Respublikasının birinci vitse-prezidenti həmçinin ostanlar və şəhrestanlarda yerləşən orqanlarda bəzi pozuntuların olmasına toxunaraq, bütün İrandan olan valilər və icra başçılarından istəyibdir ki, bu məsələni ciddi şəkildə izləsinlər.

Eshaq Cahangiri söyləyib: İran İslam Respublikasının rəsmiləri özlərinin bütün bacarıqlarını böyük İran xalqının razılığı istiqamətində işlətməlidirlər.

Cahangiri İran dövlətinin xalqa tez bir zamanda xidmətin göstərilməsi istiqamətindəki hərəkətlərindən birini elektron dövlətin icrası adlandırıb və belə deyib: İran İslam Respublikasının prezidenti xalqa xidmət və cəmiyyətin təbəqələrinin razılığını cəlb etmək istiqamətində hər bir icra orqanına müraciət edənin məlumatlandırılması və istiqamətləndirilməsi üçün bir masanın qoyulması barədə göstəriş veribdir ki, idarə işlərinin görülməsi üçün icra orqanlarına müraciət edən şəxs məətəl və çaşqın qalmasın.

Teqlər