İranın Parlament heyəti Suriyanın baş naziri ilə görüşüb
Yan 07, 2018 21:28 Asia/Baku
İranın Parlament heyəti Dəməşqdə Suriyanın baş naziri ilə görüşüb, danışıqlar aparıblar.
İranın Parlament heyətinin sədri Əhməd Salek Suriyanın baş naziri İmad Xəmis ilə görüşdə deyib: Müharibədən sonrakı dövrdə quruculuq ilə bağlı dərin təcrübəyə malik olan İran İslam Respublikası bu sahədəki təcrübələrini Suriyanın ixtiyarına verməklə bu ölkənin iqtisadi inkişafına kömək edə bilər.
İmad Xəmis də bu görüşdə İranın terrorizm ilə mübarizədə Suriya xalqı və hökumətinə olan dəstəyini yüksək qiymətləndirib və deyib: İran və Suriya rasında iqtisadi və ticarətə əlaqələrinin genişləndirilməsi zəruridir.