Yan 15, 2018 10:44 Asia/Baku
  • Müsəlman ölkələr arasında ticarət mübadilələrinə təkid edilib
    Müsəlman ölkələr arasında ticarət mübadilələrinə təkid edilib

İslam Parlamentlərarası Birliyin iqtisadiyyat və ətraf mühit üzrə daimi xüsusi komitəsi iqtisadi-ticarət mübadilələrinin artırılması və ətraf mühit problemlərinin aradan qaldırılması sahələrində 14 qətnamə qəbul edib.

Məclis xəbər agentliyinin verdiyi məlumata görə, 12 müsəlman ölkənin nümayəndələri dünən Tehranda İslam Parlamentlərarası Birliyin iqtisadiyyat və ətraf mühit üzrə daimi xüsusi komitəsinin iclasında " İqtisadiyyat və ətraf mühit üzrə daimi komitənin məruzəçisinin seçilməsi" və " Komitənin qətnamələr və tövsiyələrinin icrası üzrə hesabatın təqdim olunması" adları altında iki qətnamə, iqtisadi sahədə isə 4 qətnamə qəbul ediblər. 

"Müsəlman ölkələr arasında ticarət mübadilələrinin artması, kömrük maneələrinin aradan qaldırılması" , "Üzv ölkələrə qarşı birtərəfli və çoxtərəfli sanksiyalarla mübarizə" bu iclasın iqtisadi qətnamələrindən ibarət olub. 

Ətraf mühit mövzusunda isə 8 qətnamə qəbul edilib, bunlara "Ətraf mühit və dinamik inkişaf" , "Əsasən Afrika sahili ölkələrində səhralaşma ilə mübarizə" , "Üzv ölkələrdə su ehtiyatlarını mühafizə sahəsində əməkdaşlıq" və "Ətraf mühiti mühafizə və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıqların gücləndirilməsi" adlı qətnamələri nümunə göstərmək olar. 

İƏT-ə üzv ölkələrin parlamentlərarası icra komitələrinin işçi qruplarının iclasları 41 müsəlman ölkənin iştirakı ilə yanvarın 15-dək Tehranda davam edir. 

İƏT parlamentlərarası 13-cü konfransı isə yanvarın 16-17-də keçiriləcək.  

Teqlər