General Dehqan: İranın müdafiə siyasəti effektli önləyicilik əsasındadır
İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Komandanının müdafiə sənayesi və silahlı qüvvələrə locestik dəstək üzrə müşaviri İranın müxtəlif məsafələri hədəfə ala biləcək raketlər istehsal etməyə qadir olduğunu bildirərək deyib: İran İslam Respublikasının müdafiə siyasəti təsirli önləyicilik əsasında formalaşıb.
General mayor Hüseyn Dehqan Mehr xəbər agentliyinə verdiyi müsahibədə Amerika, Səudiyyə Ərəbistanı və sionist rejimin İranın müdafiə gücünü məhdudlaşdırmaq üzrə cəhdlərinə toxunaraq deyib: Quru-quru və quru-hava sahələrində raket potensialının gücləndirilməsi ölkənin əsas prioritetləri sırasında durur.
General Dehqan deyib: İranın raket proqramı qüdrətlə davam etdiriləcək və bu istiqamətdə heç bir gecikmə və dayanma baş verməyəcək.
General mayor Hüseyn Dehqan deyib: İranın müdafiə və təhülkəsizlik sahələrindəki inkişafı alimlər və mühəndislərin səylərinin və daxili potensiallara sövkənməyin nəticəsidir.