Tehranda BMT-nin İqtisadi və İctimai Komissiyasının 2-ci iclası başlanıb
Birləşmiş Millətlər Təşkilatının İqtisadi və İctimai Komissiyasının tabeliyində olan Asiya və Okeaniya üzrə Təbii Fəlakətlər barədə İnformasiyaların İdarə Olunmasının Genişləndirilməsi Mərkəzinin Direktorlar Şurasının ikinci iclası Tehranda işə başlayıb.
Bu gün səhər başlanmış bu iclasda İranın Plan və Büdcə Təşkilatının sədri Mohəmməd Baqer Noubəxt, BMT baş katibinin müavini Şəmşad Əxtər və 25 Asiya və Okeaniya ölkəsinin nümayəndələri iştirak edirlər.
Qərar üzrə təbii fəlakətlərin zərərlərinin azaldılması üzrə təcrübələrin ötürülməsi barədə ekspert dialoqlarından əlavə, Tehranda daimi epidemiya mərkəzi açılmalıdır.
Bu mərkəz İran İslam Respublikasının təklifi ilə, həmçinin daxili və xarici əlaqədar tərəflərlə on il ardıcıl izləmə, məşvərət, müzakirənin ardınca Tehranda açılacaq.