BMT baş katibinin müavini İran xarici işlər naziri ilə görüşüb
BMT baş katibinin müavini və BMT-nin Asiya və Okeaniya İqtisadi və İctimai Komissiyasının icra katibi İran xarici işlər naziri ilə görüşərək danışıqlar aparıb.
BMT baş katibinin müavini xanım Şimşad Əxtər çərşənbə günü İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşdə Asiya və Okeaniya bölgəsinin müxtəlif məsələləri, o cümlədən iqtisadiyyat və infrastrukturlar sahələrində əməkdaşlıqların genişləndirilməsi üçün regionun yenicə dirçələn qüdrətləri və regional potensiallardan istifadənin vacibliyi, Asiya qitəsində ticarət və investisiya əməkdaşlıqlarının genişləndirilməsi haqda fikir mübadiləsi aparıblar.
BMT baş katibinin müavini Şimşad Əxtər çərşənbə axşamı günü BMT-nin Asiya və Okeaniya üzrə İqtisadi və İctimai Komissiyasına bağlı təbii fəlakətlərin idarəçiliyinin genişləndirilməsi mərkəzini Direktorlar Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə İrana səfər edib.