Ale-Həbib: Sanksiya, xalqın inkişaf haqqının pozulması deməkdir
-
Ale-Həbib: Sanksiya, xalqın inkişaf haqqının pozulması deməkdir
İranın BMT-dəki daimi nümayəndəsinin müavini səbatsızlığı dünyada yoxsulluğun artması amili adlandırıb və bilidirib ki, iqtisadi sanksiyalar xalqın inkişaf haqqını pozan, eləcə də davamlı inkişafın həyata keçməsinə mane olan bir amildir.
Eshaq Ale-Həbib BMT-nin sosial inkişaf komissiyasının 56-cı iclasında əlavə edib: Dünya səviyyəsində yoxsulluqla mübarizə istiqamətində atılmış müsbət addımlara rəğmən, hələ də dünyanın müxtəlif nöqtələrində çoxlu sayda insan kəskin yoxsulluq içində yaşayır.
İranın BMT-dəki daimi nümayəndəsinin müavini Yaxın Şərq daxil olmaqla dünyadakı səbatsızlığa və silahlı qarşıdurmaların mövcud olmasına toxunaraq, bu qarşıdurmaların xüsusən uşaq və qadınlar üçün yoxsulluğun şiddətlənməsinə səbəb olduğunu vurğulayıb.
Ale-Həbib vurğulayıb: İctimai inkişaf sahəsində yoxsulluqla mübarizənin önəmi və prioriteti siyasi təziqlər üçün bir amil olmamalıdır.
İranın BMT-dəki daimi nümayəndəsinin müavini qeyd edib ki, İran İslam Respublikası müxtəlif həll yolları taparaq, milli inkişaf üzrə altıncı beşillik proqram çərçivəsində yoxsulluqla mübarizə proqramları, həmçinin digər proqram və layihələri izləyib, icra edib və bu sahədə qanunlar qəbul edibdir.
Ale-Həbib bu iclasda İran İslam Respublikasının bəzi uğurlu təcrübələrinə, o cümlədən İmam Xomeyni(r.ə.) adına İmdad Komitəsi, ehtiyaclılara, yetimlərə, ailə başçısı qadın olan ailələrə yardım üzrə Bərəkət Fondu, həmçinin ailəvi məşğuliyyət və qazancın yaxşılaşdırılması kimi təcrübələrə işarə edib.
BMT-nin sosial inkişaf komissiyasının 56-cı iclası yanvarın 29-da başlanıb və fevralın yeddisinədək davam edəcəkdir.
İctimai inkişaf komissiyasının builki iclası xas olaraq, "Hamı üçün sabit inkişafın reallaşması məqsədilə yoxsulluğun kökünün kəsilməsi strategiyaları"nı nəzərdən keçirir.