Şafei: İpək Yolu İranın region ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir
https://azeri.sahartv.ir/news/İran-i294429-Şafei_İpək_yolu_İranın_region_ölkələri_ilə_iqtisadi_əlaqələrini_genişləndirir
İranın Sənaye və Mədənlər Ticarət Palatasının sədri deyib: İpək Yolunun dirçəldilməsi modern şəkildə İranın milli mənafeyinə zəmanət verə bilər.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 03, 2018 13:22 Asia/Baku
  • Şafei: İpək Yolu İranın region ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir
    Şafei: İpək Yolu İranın region ölkələri ilə iqtisadi əlaqələrini genişləndirir

İranın Sənaye və Mədənlər Ticarət Palatasının sədri deyib: İpək Yolunun dirçəldilməsi modern şəkildə İranın milli mənafeyinə zəmanət verə bilər.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, İranın Sənaye və Mədənlər Ticarət Palatasının sədri Qulamhüseyn Şafei bu gün Tehranda Asiya Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclasında İpək Yolu layihəsinin dirçəldilməsinin İranın region ölkələri ilə iqtisadi əlaqələrini genişləndirəcəyini bəyan edərək deyib: Şəhər proqramları, mədəni mübadilələr və iqtisadi proqramlar bu proje sayəsində rövnəqləşir. 

Şafei əlavə edib: İpək Yolu proyektinin icrasında məqsəd iqtisadi sahədə yeni çərçivələrin formalaşması olmuşdur. Belə ki, qədim İpək Yolu yeni enerji əsrində yeni həyat tapa bilsin. İpək Yolu proyektlərinin icrası üçün Çin önəmli investisiya mənbələrdəndir. 

İranın Sənaye və Mədənlər Ticarət Palatasının sədri deyib: Şübhəsiz İpək Yolu məqsədləri, eləcə də dünyanın müxtəlif bölgələrində müxtəlif ölkələrin mənafelərinin reallaşması bütün ölkələrin əməkdaşlığı və potensiallarından istifadəyə bağlıdır. 

Asiya Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin 29-cu iclası, eləcə də "İpək Yolu" 2-ci xüsusi konfransı ötən gün, 25 Asiya ölkəsinin 40 partiya  və siyasi təşkilatlarının rəhbəri, baş katibi və rəsmilərinin iştirakı ilə Tehranda işə başlayıb.