Zərif: Fədakarlıq mədəniyyəti İranın milli təhlükəsizliyinin təminatçısıdır
İran İslam Respublikasının xarici işlər naziri deyib: İranın öz təhlükəsizlik və ərazi bütövlüyünün təmini sahəsində baxışı, ölkdədən kənara deyil, fədakarlıq və şəhadət mədəniyyətinədir.
Məhəmməd Cavad Zərif bu gün Tehranda keçirilən " Fədakarlıq, ümumdünya sülh dili" adlı konfransda etdiyi çıxışında fədakarlığı Allahın İran xalqına vergisi və ölkənin milli təhlükəsizliyinin təminatçısı adlandırıb və deyib: Fədakarlıq mədəniyyəti İranı 8 illik müdafiə keçidindən salamat keçirtdi və bu gün dünya regionun bir güclü ölkəsini yad etmək istədikdə İranı yad edir.
İİR XİN rəhbəri konfransdakı çıxışından sonra müxbirlərə verdiyi açıqlamada Amerikan rəsminlərin İran tərəfindən bəzi digər məhdudiyyətlərin qəbul olunmasına dair son iddiaları barədə deyib: Amerikalılar öz üzərlərinə götürdükləri öhdəliklərdən boyun qaçırmaq üçün bəzi şərtlər irəli sürürlər amma beynəlxalq ictimaiyyət yaxşı bilir ki, bu şərtlərin heç biri araşdırılası da deyil.
Zərif Astana prossesində Surya böhranının həlli üçün əldə olunan razılaşmaların icra olmasını vurğulayaraq deyib: Təəssüflər olsun ki, Amerikanın neft ölkəsi olan Suriyanın işğalı üçün təxribatçı siyasəti regionda uzun müddətli çaxnaşmaları qızışdırır.
İİR XİN rəhbəri deyib: Suriyada çaxnaşmanın məhdudlaşdırılması siyasətinə qayıdış, Cəbhətünnüsrə kimi bəzi terrorçu qruplara dəstəyin dayandırılması böyük zərurət daşıyır.