Brucerdi: Yəməndəki soyqırımı və Bəhreyn xalqına edilən zülm məhkumdur
https://azeri.sahartv.ir/news/İran-i297929-brucerdi_yəməndəki_soyqırımı_və_bəhreyn_xalqına_edilən_zülm_məhkumdur
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ərəbistanın regionda davamlı sülhə şərait yaradacağına ümidvar olduğunu deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 07, 2018 14:49 Asia/Baku
  • Brucerdi: Yəməndəki soyqırımı və Bəhreyn xalqına edilən zülm məhkumdur

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Ərəbistanın regionda davamlı sülhə şərait yaradacağına ümidvar olduğunu deyib.

Əlaəddin Brucerdi Yəməndəki soyqırımını və Bəhreyn xalqına edilən neçə illik zülmü qınayaraq, deyib: Regiondakı müharibələr vəkalət müharibələridir və Amerikalılar İraqda məğlub olduqdan sonra öz hərbçilərinin ölümünü önləmək üçün regionda vəkalət savaşları yaradıblar.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri həmçinin deyib: Amerika dünya üçün ciddi təhlükəsizlik probleminə çevrilib. Çünki, dünyanın istənilən nöqtəsində davamlı sülh üçün addım atıldığı zaman, bunu qəzəblə qarşılayır.

Brucerdi ABŞ-ın sadəcə zorakılıq dilini anladığını deyərək, əlavə edib: İran Rusiya prezidentinin ABŞ hökumətinin yekəxana hərəkətləri qarşısındakı siyasətini alqışlayırıq. Çünki, İran İslam Respublikası da belə bir siyasət yürüdür.

İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri həmçinin İran və Ərəbistan arasındakı ixtilafın şiə-sünni ixtilafı olmadığını deyərək, vurğulayıb: İran dəfələrlə regional problemlərin həll edilməsi üzrə Ərəbistan ilə danışıqlara hazır olduğunu elan edib.