Mart 07, 2018 19:45 Asia/Baku
  • Qasimi Misir və Səudiyyə Ərəbistanının ittihamlarına reaksiya verib

İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Səudiyyə Ərəbistanı ilə Misir arasında müştərək bəyanatda İrana qarşı səsləndirilən təkrar ittihamları rədd edərək , bu kimi ittihamların əsassız olduğu və keçmişdəki səhvlərə israr xarakteri daşıdığını bildirib.

Səudiyyə Ərəbistanının vəliəhdinin Qahirəyə səfərinin sonunda Səudiyyə və Misir arasında yayılan müştərək bəyanatda İran ərəb ölkələrinin işlərinə qarışmaqda ittiham edilib və buna qarşı ikitərəfli koordinasiyanın davam etməsi vurğulanıb.

İİR XİN sözçüsü Bəhram Qasimi bu gün Səudiyyə və Misirin bu hərəkətini pisləyərək deyib:Bəzi region ölkələri tərəfindən İrana qarşı əsassız ittihamların təkrarlanması onların region və dünya reallıqları ilə qarşılaşmaqdakı acizliklərinə dəlalət edir.

Qasimi deyib: Təəssüfləndirici haldır ki, region ölkələri rəsmiləri arasındakı siyasi görüşlər hazırkı çıxılmaz vəziyyətin həllinə yönəlməkdənsə regionun digər ölkələrinə qarşı əsassız ittihamlar meydanına çevrilir.

Qasimi deyib: İran İslam Respublikasının xarici siyasətində həmişə qonşular prioritet təşkil etmişdir və İran regionda təhlükəsizlik və sabitliyin bərqərar olunması üçün qarşıdurmaların həll edilməsi və inteqrasiyanın güclənməsi istiqamətində müxtəlif formalarda səylər həyata keçirməkdədir.

Teqlər