Mart 08, 2018 10:04 Asia/Baku
  • Cahangiri: İran İraqın bərpasında ciddi iştiraka hazırdır
    Cahangiri: İran İraqın bərpasında ciddi iştiraka hazırdır

İran İslam Respublikasının birinci vitse-prezidenti deyib: Tehran İranın özəl sektorunun və şirkətlərinin İraqın bərpasında ciddi iştiraka malik olmaları üçün üç milyard dollarlıq kredit xəttini İraqın ixtiyarına qoymağa hazırdır.

Eshaq Cahangiri dünən axşam Bağdadda İran və İraqın müştərək müzakirələri iclasında bildirib ki, İran problemlər və qələbələrdə İraq xalqının kənarında olub. O, söyləyib: İki ölkə, öz həmkarlıq əsası qərar vermək üçün iqtisadi əməkdaşlıq istiqamətində əhatəli bir sənədə ehtiyaclıdır.

Cahangiri İran-İraq iqtisadi münasibətlərinin irəliləməsi qarşısındakı ən mühüm məhdudiyyəti bank məsələləri adlandırıb  və müxtəlif sahələrdə iqtisadi mübadilələrin artırılması hədəfilə Tehran ilə Bağdad arasında azad ticarətin vacibliyini vurğulayıb.

İran İslam Respublikasının birinci vitse-prezidenti İran-İraq dəmiyolu xəttinin qovuşmasını da zəruri adlandırıb və belə əlavə edib: İki ölkənin dəmiryolu xəttinin qovuşması Çinə və Mərkəzi Asiyaya çıxmağa şərait yarada bilər və İranın dəmiryolu xətti də Aralıq dənizinədək davam edəcəkdir.

İran xalqını narahat edən məsələlərdən birinin toz hissəcikləri olduğunu vurğulayan Cahangiri bu hissəciklərin böyük bir hissəsinin mənşəyinin İraqda olduğunu bildirib və belə qeyd edib: İranın Xuzistan və İlam vilayətlərinin sakinləri toz hissəciklərindən irəli gələn çox sayda problem ilə üzləşirlər ki, bu məsələnin iki ölkənin birgə həmkarlığı ilə tez bir zamanda öz həllini tapacağı gözlənilir.

İraqın baş naziri  Heydər Əlibadi də bu birgə müzakirələrdə heç kəsin İran-İraq münasibətlərini poza bilməyəcəyini bildirərək, deyib: Tehran və Bağdad ikitərəfli münasibətləri bütün siyasi, iqtisadi və mədəni sahələrdə gücləndirməlidirlər.

İraqın Ərvəndrud çayının təmizlənməsinə səy göstərdiyini qeyd edən Əlibadi ümid etdiyini bildirib ki, Ərvəndrud ilə bağlı məsələlər ikitərəfli müzakirələr yolu ilə öz həllini tapacaqdır.

İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri İraqın baş nazirinin rəsmi dəvətilə dünən yüksək səviyyəli nümayəndə heyəti ilə Bağdada səfər edibdir.

Teqlər