F.Məsum: İraq İranın terror qrupları ilə mübarizədəki rolunu unutmayacaq
İraq prezidenti deyib: İraqın dövləti və xalqı İranın terror qrupları və İŞİD ilə mübarizədəki rolunu unutmayacaqlar.
Fuad Məsum bu gün İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri ilə görüşdə iki ölkənin dini, mədəni və tarixi əlaqələrini vurğulayaraq, deyib: İraq İranın terror qrupları və İŞİD ilə mübarizədəki himayəsini unutmayıb və bu gün də bərpa dövründə ikitərəfli həmkarlıqların genişləndirilməsinə ehtiyaclıdır.
Fuad Məsum iki ölkənin iqtisadi həmkarlığı üçün mövcud olan çoxlu sahələrə toxunaraq, deyib: Bağdad İranın İraqın bərpasında daha böyük rol oynamasını istəyir.
İran İslam Respublikasının birinci vitse-prezidenti də bu görüşdə deyib: Regionda terrorizmin məhv edilməsi üçün bütün ölkələr İraqa kömək etməlidirlər ki, regionu çaxnaşmaya çəkə biləcək fəsadın kökü kəsilmiş olsun.
Cahangiri bildirib ki, İraqın İslam dünyası, region və beynəlxalq sahədəki rolu yüksəkdir. O, deyib: İraqın dövləti və xalqı özünün mütərəqqi əsas qanununa, siyasi taktikaya malik rəhbərliyinə və dini mərcəiyyətə söykənməklə Allah-Taalanın köməkliyi ilə böhranlardan başıuca çıxa bildilər.
İran İslam Respublikasının birinci vitse-prezidenti əlavə edib: Bütün siyasi qruplar, məzhəblər və qövmlər İraqın birliyinin ardıncadırlar və bu amil, İraqın inkişafında və terrorizmin məhvində ən mühüm mühərrikdir.
Cahangiri bildirib ki, İran-İraq əlaqələri ən yüksək səviyyədədir və regionda uğurlu bir meyar kimi irəli sürülə bilər. O, deyib: Tehran bütün region ölkələrinin həmkarlığı və anlaşmasını istəyir və inanır ki, regionun islami ölkələri öz problemlərini dialoq yolu ilə həll edə bilərlər.
İran İslam Respublikasının birinci vitse-prezidenti Eshaq Cahangiri İraqın baş nazirinin rəsmi dəvətilə yüksək səviyyəli siyasi və iqtisadi bir nümayəndə heyətilə çərşənbə günü bu ölkənin paytaxtı Bağdada daxil olub.