Mart 14, 2018 09:46 Asia/Baku
  • Zərif bu gün Azərbaycan və Qazaxıstana gedir

İran Xarici İşlər Nazirliyinin sözçüsü deyib: İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü yüksək səviyyəli heyətin müşayiəti ilə Azərbaycan və Qazaxıstana səfər edəcək.

İRNA-nın məlumatına görə, Bəhram Qasimi xatırladıb: Zərif İran, Azərbaycan, TÜrkiyə və Gürcüstan xarici işlər nazirlərinin dördtərəfli iclasında iştirak etmək üçün Bakıya səfər edəcək. 

İran XİN sözçüsü əlavə edib: Zərif Bakıdan sonra Astana prosesi çərçivəsində İran, Rusiya və Türkiyənin üçtərəfli iclasındada iştirak etmək üçün Qazaxıstana səfər edəcək. 

İran, Rusiya və Türiyənin üçtərəfli iclası üç ölkənin xarici işlər nazirinin iştirakı ilə cümə günü Qazaxıstan paytaxtı Astana şəhərində keçiriləcək. 

Teqlər