Mart 17, 2018 13:29 Asia/Baku
  • İraqçı Röytersin dezinformasiyasına reaksiya verib
    İraqçı Röytersin dezinformasiyasına reaksiya verib

İran İslam Respublikası xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini cümə gecə Vyanada avropalıların İrana sanksiya tətbiq etmək istəmələrinə dair Röytersin iddiasına reaksiyada bildirib: Avropalılar nüvə anlaşmasının qorunması və sanksiyaların ləğv olunmasını istəyirlər.

Röyters İnformasiya Agentliyi cümə günü iddia edib ki, Britaniya, Almaniya və Fransa ABŞ prezidenti Donald Trampı İran və 5+1 qrupu arasındakı nüvə anlaşmasında qalmağa təşviq etmək məqsədilə Avropa Birliyinə İran əleyhinə yeni sanksiyalar tətbiq etməsini təklif ediblər.

İRNA-nın məlumatına görə, Seyid Abbas İraqçı bildirib: Avropalıların ikitərəfli görüşlərdə və Nüvə Anlaşmasının Birgə Komissiyasının iclasında ciddi şəkildə qeyd etdikləri nüans budur ki, onlar nüvə anlaşmasının qorunmasını vurğulayırlar və nüvə anlaşmasına uyğun şəkildə bütün sanksiyaların ləğvi hallarının icrası və İranın sanksiyaların ləğvi imkanlarından fayalanmasına diqqət yetirirlər.

İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini bildirib: Bununla belə, bəzi Avropa ölkələri ABŞ prezidentinin xoşlanması istiqamətində İranla qeyri-nüvə sansiyalarını tətbiq etmək kimi hərəkətlər ardınca olarlarsa, böyük yanlışlığa yol vermiş olacaqlar və onun birbaşa nəticələrini nüvə anlaşması və bu anlaşmanın davam etməsində görəcəklər.

İraqçı əlavə edib: Avropa ölkələrinin indiyə qədər addım atdıqları kimi ABŞ-ın nüvə anlaşmasındakı öhdəliklərinə sadiq qalması, bu ölkəni bütün sahələrdə nüvə anlaşmasının icrasına xoşməramlılıqla təşviq etmələri ardınca olmaları yaxşıdır. Çünki nüvə anlaşmasının qorunması üçün ABŞ və digər tərəflərin nüvə anlaşmasına tam sadiq qalması və öhdəliklərini yerinə yetirməsindən başqa heç bir yol təsəvvür olunmur.

Teqlər