Zərifin kinayəsi: ABŞ Ərəbistanı sağmağa davam edir
Apr 05, 2018 12:47 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri ABŞ prezidenti Donald Trampın Ərəbistanı durmadan sağdığını deyib.
İran İslam Respublikası xarici işlər naziri Məhəmməd Cavad Zərif çərşənbə günü axşam ABŞ-ın Suriyadakı hərbi iştirakının davam etməsi şərti barədə Tvitter hesabında paylaşdığı yazıda deyir: ABŞ prezidenti Amerikanın Suriyadakı hərbi iştirakının davam etməsi üçün İŞİD-in himayədarlarından əlavə olaraq 4 milyard dollar tələb edib.
Zərif əlavə edib: Bütün bunlar Suriyada terrorçular qarşısında uğurların əldə edilməsi prosesini geriyə çevirmək, milli birliyə zərbə vurmaq və terrorçuları dəstəkləmək məqsədi daşıyır.