Vilayəti: Sionistlərin cinayəti cavabsız qalmayacaq
https://azeri.sahartv.ir/news/İran-i301560-vilayəti_sionistlərin_cinayəti_cavabsız_qalmayacaq
İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib: Sionistlərin Suriyanın Teyfur bazasına qarşı cinayəti cavabsız qalmayacaq.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 11, 2018 12:58 Asia/Baku
  • Vilayəti: Sionistlərin cinayəti cavabsız qalmayacaq

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri bildirib: Sionistlərin Suriyanın Teyfur bazasına qarşı cinayəti cavabsız qalmayacaq.

Suriyanın Homs vilayətində Teyfur hərbi bazası bazar ertəsi gecə hava hücumuna məruz qalıb. Bu hücumda bir qrup həlak olub və yaralanıb. Sionist rejimin müharibə naziri Aviqdor Liberman Yadiut Aharnut qəzeti ilə müsahibədə Təl-Əvivin bu hücumdakı rolunu etiraf edib. 

Əli Əkbər Vilayəti çərşənbə günü İRNA ilə müsahibədə sionist rejimin Suriyanın Teyfur bazasına hava hücumu haqda deyib: İslam ümmətinin düşmənləri belə təcavüzlərin onların zəifliyinin nişanəsi olduğunu və mütləq möhkəm cavabı olacağını bilməlidirlər. 

İslam İnqilabının Böyük Rəhbərinin beynəlxalq məsələlər üzrə müşaviri həmçinin ABŞ-ın Duma şəhərində kimyəvi silahdan istifadə olunması ilə əlaqədar Suriya əleyhinə ittihamına toxunaraq deyib: Suriya hökuməti bir neçə il öncə bütün kimyəvi silahlarını beynəlxalq dairələrə təhvil verib, anbarlarını tamamilə boşaldıb və beynəlxalq dairələr həmin anbarları araşdırıb və təsdiqləyiblər. 

Vilayəti bildirib: Suriya ordusu Şərqi Qutədə terrorçuların məğlubiyyəti ilə böyük qələbə qazandı və Dəməşqin ətrafının təhlükəsizliyi yeddi ildən sonra bərpa olundu. Buna görə, ABŞ və müttəfiqləri Suriyadakı məğlubiyyətlərini ört-basdır etmək üçün yeni məkrli plan ardıncadırlar.