İran və Türkiyənin valyuta svopu icra olunub
https://azeri.sahartv.ir/news/İran-i302458-İran_və_türkiyənin_valyuta_svopu_icra_olunub
Türkiyədən maliyyə təmini üçün İran riyalı ilə Türkiyə lirəsi arasında "pul müahidəsi-valyuta svopu" müqaviləsindən istifadə ilə ilk akkreditiv həyata keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 17, 2018 05:14 Asia/Baku
  • İran və Türkiyənin valyuta svopu icra olunub
    İran və Türkiyənin valyuta svopu icra olunub

Türkiyədən maliyyə təmini üçün İran riyalı ilə Türkiyə lirəsi arasında "pul müahidəsi-valyuta svopu" müqaviləsindən istifadə ilə ilk akkreditiv həyata keçirilib.

İran və Türkiyənin mərkəzi bankları arasında İran riyalı ilə Türkiyə lirəsi arasında "pul müahidəsi-valyuta svopu" müqaviləsinin imzalanmasından və bəyan edilən icra tərtibatından sonra İranın Milli Bankı dünən Türkiyə ilə ticarət üzrə maliyyə təmini üçün ilk akkreditivi açıb.

İranın Mərkəzi Bankı bildirib ki, bu bank qonşu ölkələrlə ticarət mübadilələrinin asanlaşdırılması, fiziki və hüquqi şəxslərin valyuta əməliyyatlarının bank sisteminə istiqamətləndirilməsi, beynəlxalq ödəniş vasitələrdən istifadə, eləcə də son illərdə valyuta əməliyyatı riskinin azaldılması məqsədilə başlıca ticarət tərəfi olan ölkələrlə pul müahidələrinin bağlanmasını öz iş gündəminə salıbdır.

Bu icra modelində, yəni valyuta svopunda valyuta mübadilələrinin silinməsi üçün ABŞ dolları və avro kimi üçüncü valyutaya ehtiyac yoxdur.