Kontr-admiral Xanzadi: İranın dəniz qüvvələri ən güclü dövrünü yaşayır
İran İslam Respublikası ordusunun hərbi dəniz qüvvələrinin komandanı dünən gecə İranın 1-ci telekanalının gecə baxışı verilişində deyib: İran İslam Respublikasının istər ordu istər sepahın dəniz qüvvələri gücün zirvəsindədirlər.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, Kontr-Admiral Hüseyn Xanzadi ordu və islam inqilabının keşikçiləri korpusu Sepahın qüvvələri arasında əlaqələrin yaxşı olduğunu bildirərək deyib: Bu iki qüvvə biri-biri ilə tam qarşılıqlı əlaqədədirlər.
İran ordusunun dəniz qüvvələrinin komandanı həmçinin İİR-in müdafiə sahəsindəki inkişafına toxunaraq deyib: İran ordusu əcnəbilərə ehtiyacı olmadan daxili potensiallara arxalanmaqla bütün lazımı təchizatlar və silahları ölkə daxilində istehsal edir.
Əmir Xanzadi Hind okeanının sahilyanı ölkələrinin dəniz qoşunları komandanlarının Tehran iclası barədə deyib: İki gün davam edəcək bu iclasa müxtəlif ölkələrdən 35 ali hərbi heyət qatılacaq.
İİR ordusunun dəniz qüvvələrinin komandanı deyib: İran İslam Respublikası 2 il müddətində Hind okeanının sahil yanı ölkələrinin dəniz qoşunları komandanları iclasının(IONS) sədrliyini öz üzərinə götürəcək.
Hind okeanının sahilyanı ölkələrinin dəniz qoşunları komandanlarının 6-cı iclası bu gün Tehranda öz işinə başlayacaq. Bu iclas İran tarixinin ən böyük hərbi iclası hesab olunur.