General Baqiri Hind okeanında birgə hərbi təlimlərin keçirilməsindən xəbər verdi
İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hind okeanı və ətraf dənizlərdə münasib təhlükəsizliyin bərpa olunması məqsədilə birgə hərbi təlimlərin keçirilməsindən xəbər verib.
İRNA-nın məlumatına görə, İran İslam Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Məhəmməd Baqiri bazar ertəsi günü Hind Okeanı ətrafında yerləşən ölkələrin hərbi dəniz qoşunları komandanlarının 6-cı iclasının açılış mərasiminin kənarında jurnalistlərə verdiyi müsahibədə deyib: Hind okeanında birgə hərbi təlimlərin keçirilməsi ilə regionda və ətraf dənizlərdə daha münasib təhlükəsizliyin şahidi olmaq olar.
Ordu generalı Məhəmməd Baqiri bu iclasa rəhbərliyin 2 il müddətinə İrana tapşırılmasına toxunaraq əlavə edib: Bu müddətdə Hind okeanının təhlükəsizliyinin yüksəldilməsi üçün müxtəlif məsləhətləşmə iclasları keçiriləcək.
Hind okeanı ətrafındakı ölkələrin əməkdaşlığının artmasının bu bölgəyə daha optimal təhlükəsizliyin ərməğan gətirəcəyini bəyan edən general Baqiri xatırladıb: Əməkdaşlığın artırılması imperialist qüdrətlərə regionn təhlükəsizliyini öz üzərlərinə götürmək imkanı verməyəcək.
Hind Okeanı ətrafında yerləşən ölkələrin Hərbi Dəniz Qoşunları komandanlarının 6-cı iclası İran ordusu hərbi dəniz qoşunlarının ev sahibliyi ilə 35 yüksək səviyyəli hərbi heyətin iştirakı ilə bu gün Tehranda işə başlayıb.
İndiyədək müxtəlif ölkələrdə beş dövrü keçirilən bu iclas İran tarixində ən böyük hərbi iclasdır. İran İslam Respublikası ordusunun Hərbi Dəniz Qoşunları iki il müddətinə ona rəhbərlik idi.
Hind Okeanı ətrafında yerləşən ölkələrin iclasının keçirilməsində məqsəd bu bölgənin sahilyanı ölkələrinin dəniz əməkdaşlıqlarının artırılması və dəniz təhlükəsizliyi ilə bağlı problemlərlə mübarizə aparmaq üçün bu ölkələrin bütün potensialından istifadədir.