İran müdafiə nazirinin Netanyahuya cavabı: İranın reaksiyası peşmanedici olacaq
May 01, 2018 16:09 Asia/Baku
-
General Əmir Hatəmi
İran İslam Respublikası müdafiə naziri Qüdsü işğal etmiş rejim və onun hamilərinə xəbərdarlıq edib: Təhlükəli davranış və məkrli planlardan əl çəkin. Çünki İranın cavabı qəfil və peşmanedici olacaq.
General Əmir Hatəmi Netanyahunun əsassız iddiaları və təhrikedici hərəkətlərinə reaksiyada bildirib: Netanyahunun təbliğat şousu bu rejimin Fələstinin məzlum vətəndaşlarına qarşı əsaslandırılmayacaq cinayətlərini ört-basdır etmək və təxribatlar həyata keçirmək üzrə ssenarisinin davamıdır.
Teqlər